2025-ci ildə Google qlobal brendlər və agentliklər üçün əsas proqrammatik reklam aləti olan DV360 platformasının geniş miqyaslı transformasiyasına davam edir. Hazırkı yol xəritəsi altı əsas istiqamətə fokuslanır: süni intellektlə avtomatlaşdırılmış iş axınları, video kampaniyalar üçün planlama və proqnozlaşdırma, CTV inventarının genişləndirilməsi, YouTube və DemandGen üçün yeni imkanlar, hesabatların təkmilləşdirilməsi və Commerce Media funksiyaları.
Bu istiqamətlərin hər biri reklam kampaniyalarının effektivliyini və investisiya gəlirliyini (ROI) artırmağa yönəlib.
Süni intellekt və avtomatlaşdırma: daha böyük uğurlar üçün yeni imkanlar
2025-ci ildə Display & Video 360 (DV360) platformasında süni intellektin geniş tətbiqi sadəcə yeni bir funksiya deyil, həm də avtomatlaşdırılmış və ağıllı iş axınlarına keçidin əsas mərhələsidir. Google-ın əsas məqsədi – DV360-u həm peşəkarlar, həm də yeni başlayanlar üçün daha rahat, əlçatan və effektiv platformaya çevirməkdir.
Bu dəyişikliklərin mərkəzində generativ süni intellekt (Gen AI) dayanır. Gen AI istifadəçilər və platforma arasında daha intuitiv qarşılıqlı əlaqə yaradır, yeni istifadəçilərin platformaya daha tez adaptasiya olmasına kömək edir, konfiqurasiya səhvlərini azaldır və kampaniyaların işə düşmə vaxtını əhəmiyyətli dərəcədə qısaldır.
Əsas alətlərdən biri — AI Support Chat Assistant adlanan dəstək çat-botudur. Bu ağıllı köməkçi DV360 sisteminə inteqrasiya olunub və istifadəçilərə kampaniyalar, texniki ayarlar və hesabatlarla bağlı suallara operativ cavab almaq imkanı yaradır. Beləliklə, texniki dəstəyə müraciət ehtiyacı azalır və tipik problemlər daha tez bir zamanda həll olunur.
Digər vacib yeniliklərdən biri — Natural Language Search funksiyasıdır. Bu funksiya istifadəçilərə DV360 interfeysində öz ana dillərində axtarış aparmaq və naviqasiya etmək imkanı yaradır. Məsələn, istifadəçi sadəcə “keçən həftə dayandırılmış kampaniyaları göstər” və ya “kreativləri olmayan Line Item-ləri tap” kimi sorğular yazaraq, müvafiq nəticələri dərhal əldə edə bilər. Bu xüsusilə müxtəlif strukturlu reklam hesablarında gündəlik işləri xeyli sadələşdirir və məhsuldarlığı artırır.
Eyni dərəcədə inqilabi olan digər alət — LLM Report Builder-dır. Bu funksiya istifadəçilərə hesabatları öz dillərində yazılmış sadə sorğularla yaratmaq imkanı verir. Beləliklə, onlarla hazır hesabat şablonları arasında axtarış aparmağa ehtiyac qalmır. Marketoloqlar istədikləri analitikanı qısa zamanda formalaşdıra bilirlər. Bu alət Google-un Gemini modeli əsasında qurulub – istifadəçinin sorğusunu başa düşür və uyğun cədvəl və qrafiklər yaradır.
Targeting Templates isə agentliklər və böyük komandalar üçün əsas alətlərdən biri olacaq. Bu funksiya sayəsində hədəfləmə və inventar ayarları şablon kimi yadda saxlanıla bilər və gələcək kampaniyalarda asanlıqla təkrar istifadə oluna bilər. Bu, təkcə vaxt qənaəti yaratmır — həm də komandadakı bütün kampaniyalar üzrə vahid və stabil iş standartlarını qorumağa kömək edir.
Planlama və Proqnozlaşdırmada İnnovasiyalar
2025-ci ildə planlama və proqnozlaşdırma sahəsindəki yeniliklər Display & Video 360 üçün əsas inkişaf istiqamətlərindən birinə çevrilib. Çünki reklam kampaniyasının uğuru birbaşa planlamanın dəqiqliyindən asılıdır. Google bu sahəyə xüsusi diqqət ayıraraq DV360 Planning Tool-unu daha informativ, çevik və inteqrasiya olunmuş bir alətə çevirir.
Ən mühüm yeniliklərdən biri — planlama funksionallığına yeni reklam formatlarının əlavə olunmasıdır. Artıq DV360-da YouTube Shorts və keçilməz in-stream videolar (15/20/30 saniyə) dəstəklənir. Beləliklə, reklamverənlər auditoriyanın bugünkü izləmə vərdişlərinə uyğun video formatları kampaniya strategiyalarında istifadə edə bilirlər. Bu formatların planlama mərhələsində nəzərə alınması planlama ilə alış prosesləri arasında uyğunluğu təmin edir, və bu reklamverənlərin əsas tələblərindən biri idi.
Digər önəmli inkişaf isə əhatə dairəsinin (reach) proqnozlaşdırılması funksiyasının genişləndirilməsidir. 2025-ci ildən etibarən DV360 Demand Gen kampaniyaları üçün də proqnoz təqdim edə bilir. Bu kampaniya növü YouTube (o cümlədən Shorts), Google Video Partners, Discovery və Gmail inventarını birləşdirir. Bu yenilik reklamverənlərə kampaniya hazırlığı mərhələsində əhatə dairəsi, tezlik və digər vacib göstəricilər barədə daha dəqiq fikir formalaşdırmağa imkan verir. Nəticədə isə daha əsaslandırılmış və effektiv media qərarları vermək mümkün olur.
CTV-nin Reklam Kanalı Kimi Gücləndirilməsi
2025-ci ildə Display & Video 360 Connected TV-in (CTV) intensiv inkişafını davam etdirir. Məqsəd — CTV-ni sadəcə əhatə dairəsi üçün deyil, tam funksional performans marketinq alətinə çevirməkdir.
Bu transformasiyanın əsasını daha çevik alış mexanizmlərinin yaradılması, inventarın genişləndirilməsi, təkmilləşdirilmiş analitika və digər rəqəmsal formatlarla daha dərin inteqrasiya təşkil edir.
Google, proqrammatik ekosistem üzərindən CTV reklam alışını təkmilləşdirmək üçün aktiv şəkildə investisiya yatırır. Əsas yeniliklərdən biri – yeni təklif (bidding) modellərinin tətbiqidir. Bunlar arasında diqqətə əsaslanan təkliflər (attention-based bidding) və konversiyaya optimallaşdırılmış təkliflər (conversion-optimized bidding)xüsusilə önəmlidir.
- Diqqətə əsaslanan model — istifadəçinin məzmuna göstərdiyi diqqət səviyyəsini nəzərə alaraq təkliflərin seçilməsinə imkan verir.
- Konversiya yönümlü model isə — mümkün olan ən optimal qiymətlə maksimum konversiya əldə etməyə fokuslanır.
Bu yanaşmalar böyük ekranlarda video reklamlar vasitəsilə konkret biznes nəticələri əldə etmək istəyən brendlər üçün yeni imkanlar açır.
Bundan əlavə, açıq hərrac (open auction) formatında əsasən CTV inventarında yayımlanan 30 saniyəlik keçilməz videolar üçün beta versiya artıq istifadəyə verilib və hər kəs üçün əlçatandır.

YouTube-un Genişlənməsi və Demand Gen Kampaniyaları
YouTube, 2025-ci ildə də DV360-un strateji cəhətdən ən vacib hissələrindən biri olaraq qalır. Platforma bu il əsas diqqətini premium inventarın dəstəklənməsi və sürətli, razılaşmasız alış mexanizmlərinin (Instant Deals) inkişafına yönəldir.
Bu çərçivədə, aşağıdakı formatlar artıq dəstəklənir:
- Keçilməz (non-skippable) video reklamlar: 15 və 30 saniyəlik versiyalar
- CTV üçün videolara QR kod əlavə etmək imkanı


DemandGen kampaniyaları ilə bağlı yeniliklərdən biri — Video Action Campaigns formatının bu kampaniya növünə inteqrasiya olunmasıdır. Qeyd etməyə dəyər ki, DemandGen kampaniyalarının əsas üstünlüklərindən biri — brendinizlə artıq qarşılıqlı əlaqədə olan istifadəçilərə oxşar yeni auditoriyalar (lookalike audiences) yaratmaq imkanının olmasıdır.
Bu keçid çərçivəsində Google istifadəçilərin öyrəşdiyi bir sıra funksiyaları DV360-a inteqrasiya edir. Bunlara birgə auditoriyalar (combined audiences), Customer Match, avtomatik büdcə optimallaşdırılması və genişləndirilmiş atribusiya daxildir.
Eyni zamanda, kampaniyaların effektivliyini və şəffaflığını artırmaq məqsədilə iki yeni xüsusiyyət təqdim olunub:
- View-through conversion bidding – Bu strategiya reklam kliklənmədən, sadəcə izlənildikdən sonra baş verən konversiyaları nəzərə alaraq təkliflərin optimallaşdırılmasına imkan verir.
- YouTube üçün Shareable Previews – Bu yeni alət komandalara və tərəfdaşlara reklamların platformada necə görsənəcəyini əvvəlcədən real görüntü ilə yoxlamaq və təsdiqləmək imkanı verir. Beləliklə, yaradıcılıq təsdiqləri daha sürətli və rahat şəkildə tamamlanır.
Hesabat və Ölçmə: nəticəyə qədər şəffaf izləmə
Google Commerce Media bölməsinin inkişafına xüsusi diqqət ayırır. 2025-ci ilin ilk yarısından etibarən DV360 vasitəsilə brendlər pərakəndə satışçılar və ticarət tərəfdaşlarının inventarına çıxış əldə edə biləcəklər. Bu da reklamın effektivliyini məhsul səviyyəsində (SKU-lar üzrə) ölçməyə imkan verəcək. Xüsusilə çoxsaylı məhsulu olan e-ticarət və retail bizneslər üçün bu böyük üstünlükdür, çünki hər bir məhsul üzrə reklam çatdırılmasını optimallaşdırmaq imkanı yaranır.
Bundan əlavə, Commerce Audiences da artıq DV360-da əlçatandır. Bu funksiya sayəsində brendlər birinci tərəf (first-party) alıcı məlumatlarını reklam kampaniyalarında daha effektiv istifadə edə bilirlər. DV360 daxilində pərakəndə tərəfdaşlar tərəfindən hazırlanmış hazır auditoriya seqmentlərinə birbaşa çıxış mümkündür.
Ölçmə ilə bağlı yeniliklərə aşağıdakılar daxildir:
- Yenilənmiş hesabatlar
- Custom suallarla Brand Lift ölçümü
- A/B eksperimentlərində Reach analizi
- Enhanced Conversions — burada brendin öz məlumatları Google istifadəçi məlumatları ilə uyğunlaşdırıla bilir, məlumat gizliliyi tam qorunur
Instant Reporting funksiyası da təkmilləşdirilib: indi interfeys daha çevikdir, eyni anda bir neçə elementin redaktəsinə və Google Sheets-ə birbaşa ixracı mümkündür.
Google-un 2025-ci il üçün DV360 Roadmap-ı, platformanın miqyaslı transformasiyasına sadiqliyini bir daha təsdiqləyir. Reklamverənlər yalnız yeni funksiyalar deyil, həm də media aktivləşdirmə, iş axınının avtomatlaşdırılması və ölçmə yanaşmalarında əsaslı dəyişikliklər əldə edirlər.
EMEA regionunda Google Marketing Platform-un rəsmi partnyoru olan Admixer Advertising, bu yeniliklərin qurulması, DV360-da DemandGen kampaniyalarının başladılması və yeni auditoriya növlərinin istifadəsi ilə bağlı sizə hər mərhələdə dəstək göstərməyə hazırdır.
Əlaqə üçün: hello-gmp@admixeradvertising.com

