Digital Pulse: xəbərlər, insaytlar, məhsul yeniləmələri
Onlayn reklam dünyasındakı ən son yeniliklərdən xəbərdar olun.
Filtr:
Məhsullar: Ölkələr: Reklam növləri: Hamısını silin
Filtr
Home / Google / Məlumatları aktivləşdirərək inkişafı təmin edin

Məlumatları aktivləşdirərək inkişafı təmin edin

Məlumatları aktivləşdirərək inkişafı təmin edin

Birinci tərəf məlumatlarınızdan istifadə edərək düzgün auditoriyanı cəlb edin

Məxfilik qaydalarına uyğun ölçmə əsasını qurduqdan və birinci tərəf məlumatlarınızı məxfilik qorunması şərti ilə aktivləşdirəndən sonra müvafiq reklamları təqdim edə bilərsiz.

Məlumatları aktivləşdirərək inkişafı təmin edin

Məsələn, birinci tərəf məlumatlarını istifadə edərək, siz ən yaxşı müştərilərinizlə əlaqə qura bilərsiz. İnsanlar əlaqə məlumatlarını paylaşdıqdan sonra, Customer Match-dan istifadə edərək onları Google Search, Shopping, Gmail və YouTube kimi platformalar üzərindən izləyə bilərsiniz.Düzgün həyata keçirildikdə, bu məlumat həm markanız, həm də müştəriləriniz üçün dəyərli ola bilər. Unutmayın ki, sorğu keçirilmiş ölkələrdə istehlakçıların 66%-i brendlə fərdiləşdirilmiş təcrübəni vacib hesab edir.

Məlumatları aktivləşdirərək inkişafı təmin edin

Yanaşma

MandM Direct Böyük Britaniyanın ən böyük və yalnız onlayn moda və idman satışçılarından biridir.  Bu şirkət Discovery kampaniyasında reklam xərclərinin gəlirliyinə (ROAS) əsaslanan təklif strategiyası ilə bir eksperiment həyata keçirdi. Hədəf ROAS kampaniyasının səmərəliliyini və dönüş dəyərini artırmaqdır. Bunun üçün optimallaşdırma edilir.

MandM Direct aşağı satış mərhələsindəki auditoriyanı hədəf alaraq, keçmiş müştəriləri yenidən cəlb etmək üçün birinci tərəf məlumatlarından və Customer Match texnologiyasından istifadə edir. Bu müştərilər ya qiymətə dəyər verən alıcılar, və ya səyahət və açıq hava həvəskarları idi. İlkin öyrənmə mərhələsindən sonra MandM Direct son iki rüb ərzində təklif hədəflərini tədricən artırdı.

Nəticə
MandM Direct-in bu strategiyası nəticəsində 2022-ci ilin birinci rübündə ROAS-da 120%-lik yaxşılaşma və gəlir artımında 48%-lik artım müşahidə edildi. Bu göstərici 2021-ci ilin dördüncü rübü ilə müqayisədə Discovery kampaniyalarının performansını əhəmiyyətli dərəcədə artırdı. Bundan əlavə, hər alış üçün xərclər (CPA) 20.7%, klik başına isə (CPC) 4.4% azaldı.

Bu məlumata əsaslanaraq, siz Smart Bidding-dən istifadə edib hərəkətə keçə bilərsiniz. Smart Bidding strategiyası birinci tərəf məlumatlarından istifadə edərək  avtomatik siqnallar yaradır və machine learning köməyi ilə hər auksionda konversiyaları və ya konversiya dəyərini optimallaşdırır.

Bəzi konversiyaların dəyəri fərqli bizneslər üçün fərqli ola bilər. Dəyərə əsaslanan təklif strategiyası isə həcmi deyil, ümumi dəyəri optimallaşdırmağa kömək edir. Bu o deməkdir ki, “Konversiya dəyərini maksimuma çatdırmaq” və hədəf ROAS kimi strategiyalar təkliflərinizi ən dəyərli müştərilərə çatdıracaq. 

 

Məlumatları aktivləşdirərək inkişafı təmin edin


Smart Bidding istifadə edərək dəyərə yönəlmiş optimallaşdırma etibarlı ROI (investisiya gəliri) əldə etməyə və növbəti inkişaf mərhələsini açmağa kömək edə bilər. Əgər təklif strategiyanız artıq dəyərə yönəlikdirsə, birinci tərəf məlumatlarınızı  nəzərə alaraq gələcək strategiyalarınızı mənfəət və ya müştərinin ‘expected lifetime value” dəyərinə görə tətbiq edə bilərsiniz. Google AI sizin təyin etdiyiniz parametrlərlə işləyərək biznes məqsədlərinizə çatmağınıza kömək edəcək.

Məlumatları aktivləşdirərək inkişafı təmin edin

Tətbiq Kampaniyalarını Optimallaşdırın

Android-in təklif həlləri , məsələn, hədəf CPA və ya hədəf ROAS optimallaşdırma edərək, öncədən müəyyən etdiyiniz tətbiq içi hərəkətləri tamamlamağa meyilli müştəriləri cəlb edir.

iOS tətbiq kampaniyalarınızı birləşdirin və hər bir iOS tətbiqiniz üçün səkkiz və ya daha az tətbiq quraşdırma kampaniyası ilə yalnız hədəf quraşdırma xərci və ya hədəf CPA təkliflərindən istifadə edin. Bu, SKAdNetwork-un kampaniya məhdudiyyətlərinə görə optimal performansı saxlamağa kömək edəcək.

Məlumatları aktivləşdirərək inkişafı təmin edin

Yanaşma

Yataq məhsulları satan Nectar Sleep brendi avtomatlaşdırılmış təkliflərdə uğur qazandı və əsasən hədəf CPA-ya əsaslanan təkliflərdən istifadə etdi. Lakin brend, hədəf ROAS-a əsaslanan təklif strategiyasının daha qənaətcil və gəlirli olub-olmadığını görmək istədi.

Bu həlli sınaqdan keçirmək üçün Nectar Sleep ən vacib axtarış terminlərinin əhəmiyyətli bir hissəsini əhatə edən genişmiqyaslı Smart Bidding təcrübəsi keçirdi.

Nəticə
Hədəf ROAS təcrübəsi demək olar ki, hər sahədə hədəf CPA strategiyasından üstün oldu. Bu, gəlirdə 17% artım, dönüşümlərdə 19% artım, ROAS-da 5% artım və dönüşüm dərəcəsində 7% artım ilə nəticələndi. Bu uğurdan sonra Nectar Sleep axtarış kampaniyalarının böyük bir hissəsini hədəf ROAS-a keçirmək qərarına gəldi.

Display & Video 360-da birinci tərəf auditoriyanızı cəlb edin


Display & Video 360-da reklam verənlərin birinci tərəf məlumatlarını Publisher Advertiser Identity Reconciliation (PAIR) vasitəsilə istifadə etməsi üçün yeni bir üsul yaratdıq. PAIR reklam verənlərə hər iki saytlarına daxil olan auditoriyaların birinci tərəf məlumatlarını təhlükəsiz və məxfi şəkildə uyğunlaşdırmaq imkanı verir. 

Bu məlumatlar əlaqələndirilə bilər və bu da reklam verənlər arasında paylaşılan məlumatların təhlükəsiz qalmasını təmin edir. Yalnız şifrələnmiş məlumatlar uyğunlaşdırma üçün Display & Video 360-a ötürülür.

PAIR reklam verənlərə, fərdləri internet üzərindən izləmədən və ya üçüncü tərəf kukilərinə etibar etmədən, tanınmış auditoriyaları ilə daha sıx əlaqə qurmaq və uyğun reklamları göstərmək imkanı verir.

Süni intellektin gücündən istifadə edərək yeni auditoriyalar kəşf edin

Süni intellektin ən həyəcanverici üstünlüklərindən biri onun marketoloqlara, siqnallar məhdud olduqda belə, uyğun auditoriyalara çatmaqda kömək etmək potensialıdır.

Google, süni intellektin köməyi ilə geniş siqnalları birləşdirərək maraqlanan istifadəçilərə çatmaq və onların gördüyü reklamları optimallaşdıra bilər.

Bu siqnallara istifadəçi atributları daxildir, məsələn:

  • Onların kim olduqları (demoqrafik göstəricilər)
  • İstifadə etdikləri vebsaytlar və tətbiqlərə əsaslanan maraq məlumatları
  • Onların baxdıqları veb səhifənin məzmunu kimi kontekstual məlumatlar

Bu necə işləyir

Üçüncü tərəf vebsaytlarından kukilər mövcud olduqda, Google həmin istifadəçi siqnallarını səhifə məzmunu ilə birləşdirir ki, kiminsə maraqlarını və üstünlüklərini müəyyənləşdirsin. Kukilər brauzer qaydaları və ya istifadəçinin razılığı ilə məhdudlaşdırıldıqda, Google Audiences mövcud olan digər siqnallara, məsələn, reklam yerləşdirilməsinin kontekstinə əsaslanaraq uyğunluğu müəyyənləşdirir

Üçüncü tərəf kukilərinə əsaslanmadan dönüşüm etmə ehtimalı olan auditoriyalara çatmağın iki əlavə variantı optimallaşdırılmış hədəfləmə və auditoriyanın genişləndirilməsidir. Bu funksiyalar Google Ads və Display & Video 360-da Discovery, Display və Video fəaliyyət kampaniyalarınız üçün mövcuddur.

Display & Video 360-da optimallaşdırılmış hədəfləmədən istifadə edən reklam verənlər birinci tərəf auditoriyaları ilə işlədikdə orta hesabla 55% təkmilləşmə müşahidə edə bilərlər. Eynilə, auditoriyanın genişləndirilməsi, video izləmə və ya nəzərdən keçirilmə kampaniyalarını həyata keçirən reklam verənlərə onların əhatə dairəsini tədricən artırmağa kömək etmək üçün süni intellektdən istifadə edir. Auditoriya genişləndirilməsi Google Ads-də mövcuddur və bu ilin sonuna Display & Video 360-da da əlçatan olacaq.

Məxfilik sahəsində növbəti addımlara hazır olun

Privacy Sandbox-un hədəfi  bir çox istifadə halları üçün, həmçinin maraqlara əsaslanan və yenidən marketinq reklamlarını dəstəkləyən yeni texnologiyaların inkişafıdır. 

Topics API maraqlara əsaslanan reklamları dəstəkləyir

İstifadəçinin brauzeri, onun son baxış fəaliyyətinə əsaslanan maraqları əks etdirə biləcək mövzular təqdim edə bilər. Bu məlumatlar digər məlumatlarla birləşdirilərək istifadəçinin ziyarət etdiyi konkret vebsaytları izləmədən uyğun reklamları təqdim etmək üçün istifadə oluna bilər.

Protected Audience API yenidən marketinqi dəstəkləyir

Bir şəxs şirkətin vebsaytını ziyarət etdikdə və məhsula baxmaq kimi dəyərli bir hərəkət etdikdə, vebsayt (və ya onun reklam texnologiyası təchizatçısı) istifadəçini onun cihazında saxlanılan maraq qrupuna əlavə etməyi tələb edə bilər. Bu, xaricə paylaşılan məlumatların miqdarını məhdudlaşdırır. Daha sonra həmin şəxs digər iştirakçı vebsaytları ziyarət etdikdə, həmin maraq qrupuna aid reklamlar cihazdakı proses vasitəsilə göstərilə bilər.

Məxfiliyi qoruyan yeni texnologiyaları, birinci tərəf məlumatları və süni intellekt dəstəkli həllərlə birgə sınamaq, biznesinizi böyütməyə kömək edəcək. Lakin reklamçı kimi, bu yeni texnologiyaları özünüzün tətbiq etməsinə ehtiyac yoxdur. Bunun əvəzinə, Google Ads və Display & Video 360-da mövcud olan məxfilik təhlükəsiz həllərdən, məsələn, Google Audiences-dən istifadə edərək Privacy Sandbox texnologiyalarının yaratdığı siqnallardan faydalana bilərsiniz.

Məxfilik üçün çoxtərəfli yanaşma

Bu təlimatda biz reklam verənlərin istehlakçı məxfiliyinə artan tələbat dövründə aktual kampaniyaları davam etdirməsinə kömək edə biləcək bəzi vacib məqamlar, strategiyalar və texnologiyalar haqqında danışdıq. Sənayemiz heç vaxt bu qədər sıx şəkildə bir araya gələrək istifadəçi məxfiliyini ön planda tutan davamlı marketinq strategiyalarını qəbul etməli olmamışdı. Effektiv, məxfilik-öncəli reklamçılığın gələcəyini təmin etmək məqsədilə sizinlə əməkdaşlıq etməyə hazırıq.

Scroll To Top