Connected TV istifadəçi davranışı sürətlə dəyişir. Artıq böyük ekranlar yalnız film və serial izləmək üçün istifadə olunmur. İstifadəçilər burada canlı yayımlara baxır, arxa planda podkast dinləyir, qısa videolar arasında gəzir və getdikcə daha çox brendlərlə qarşılıqlı əlaqəyə girirlər.
İstifadəçilər fərqli kontentə maraq göstərir, formatlar arasında keçid edir və fərdiləşdirilmiş, çevik təcrübə gözləyirlər. Bu isə bizneslərə bir siqnaldır: CTV ilə bağlı yanaşmanızı yenidən düşünməyin vaxtıdır. Artıq klassik streaming reklamçılığı ilə kifayətlənmək mümkün deyil.
Yeni Tərəfdaşlıqlar və Genişlənən Inventar: Auditoriyanız Bu Gün Haradadır?
2025-ci ildə premium video inventarı, effektiv media strategiyalarının qurulmasında əsas faktora çevriləcək. Comscore-un məlumatına görə, Display & Video 360 ABŞ-da CTV istifadə edən evlərin 98%-nə çıxış imkanı təqdim edir — bu, bütün proqrammatik reklam platformaları arasında ən yüksək göstəricidir. Bu miqyas brendlərə yalnız blokbaster və seriallar izlənilərkən deyil, qısa videolar, idman yayımları və podkastlar zamanı da auditoriyaya çatmaq imkanı verir.
Google DV360 partnyor ekosisteminin inkişafına böyük yatırımlar etməyə davam edir. Netflix ilə tərəfdaşlığın genişləndirilməsi — xüsusilə EMEA regionuna daxil olması — artıq loyal auditoriyaya sahib yüksək keyfiyyətli inventar ilə işləmək üçün yeni imkanlar açır. Bundan əlavə, platforma NBC Universal və Disney kimi nəhənglərdən Live Certification (Canlı Yayım Sertifikatı) alıb. Bu isə reklamverənlərə canlı yayımlar zamanı reklam çıxışlarını birbaşa satın almağa imkan verir.
Yeni nəsil inteqrasiyalar sayəsində reklam artıq standart olmayan mühitlərdə də yerləşdirilə bilir. Tubi və Spotify ilə birbaşa inteqrasiya vasitəsilə DV360 istifadəçilərə sürətlə populyarlaşan platformalarda audio və video inventara çıxış imkanı yaradır. Bununla yanaşı, Roblox ilə tərəfdaşlıq, brendlərə yüksək aktivlik və yeni ünsiyyət formalarına açıq olan gənc oyun auditoriyası ilə əlaqə qurmaq fürsəti verir.
Beləliklə, Display & Video 360 yayımlanan videolar, canlı yayım, audio məzmun və oyun platformalarına yayılmış auditoriyaya çıxış üçün vahid giriş nöqtəsinə çevrilir. Bu isə reklamverənlərə rəqəmsal mühitdə hərtərəfli iştirak imkanı yaradır və kampaniyalarını müasir istifadəçi davranışlarına çevik şəkildə uyğunlaşdırmağa şərait yaradır.
Canlı yayım inventarı: hədəf auditoriyaya çıxışın yeni mərhələsi
İstifadəçi davranışındakı dəyişikliklər canlı kontentin populyarlığının sürətlə artmasına səbəb olub. Google bu tendensiyaya operativ reaksiya verir və Display & Video 360 platformasının imkanlarını bu istiqamətdə genişləndirir. Əsas yeniliklərdən biri — canlı inventara çıxışın genişləndirilməsidir. Bu yenilik sayəsində brendlər verilişlər, konsertlər, idman yarışları və əsas premyeralar zamanı auditoriyanın qarşısında ola bilirlər.
2025-ci ilin birinci rübünün nəticələrinə görə, DV360-da mövcud olan canlı inventarın həcmi ötən illə müqayisədə 50% artıb. Bu, təkcə yüksək tələbatın göstəricisi deyil, həm də reklamverənlərin pik diqqət məqamlarında inteqrasiyadan aktiv şəkildə istifadə etdiklərini göstərir.
Alış prosesini daha da rahatlaşdırmaq üçün Google CTV üçün curated auctions adlı yeni funksiya təqdim edib. Bu funksiya reklamverənlərə mövcud regionda aparıcı yayımlayıcılardan təsdiqlənmiş inventara bir neçə saniyə ərzində çıxış imkanı verir.
Sadəcə bir kliklə reklamverənlər konkret kampaniyanın ehtiyaclarına uyğun yüksək keyfiyyətli reklam çıxışlarına qoşula bilirlər. Strateji cəhətdən əhəmiyyətli bir seqmenti hədəfləmək məqsədilə istər geniş auditoriyaya çatmaq, istərsə də daha da dar seqmenti hədəfləmək artıq mümkün olacaq.
Bu yenilik, son dövrlər getdikcə daha da populyarlaşan canlı yayım kontekstində mövcudluğunu gücləndirmək istəyən brendlər üçün yeni imkanlar açır.
DV360-da Ticarət Performansı: Baxışdan Satışa Doğru
Reklamverənlərin doğru anda, alış etməyə hazır istifadəçilərə çatmaq arzusu getdikcə daha da gücləndiyi üçün, Google Display & Video 360 daxilində ticarət və retail media üçün kompleks həllər təqdim edir — alıcı niyyəti olan auditoriya seqmentləri. Bu yenilik sayəsində brendlər brend tanıtımını artırmaqla yanaşı, satışları stimullaşdıran kampaniyaları bir araya gətirə bilirlər.
Yeni auditoriya seqmentləri Costco, Intuit, Regal Cinemas, Kinective Media (United Airlines) və digər aparıcı retail oyunçularla tərəfdaşlıq çərçivəsində hazırlanıb. Bu, reklamverənlərə yüksək alış potensialına malik auditoriya seqmentlərinə və həmçinin tam satış analitikasına çıxış imkanı verir. Beləliklə, kampaniyanın effektivliyi təkcə baxış və kliklər səviyyəsində deyil, real biznes nəticələri, o cümlədən fiziki mağazalarda edilən əməliyyatlar kontekstində də ölçülə bilir.
Bu yeniliyin mühüm hissələrindən biri də Display & Video 360 vasitəsilə retail həllərin YouTube-a inteqrasiyasıdır. Bu imkan brendlərə ticarət tərəfdaşlarından gələn auditoriya analitikası əsasında fərdiləşdirilmiş video kampaniyaları qurmağa şərait yaradır. Eyni zamanda, bu fəaliyyətlərin e-ticarət və fiziki satış nöqtələrindəki nəticələrə necə təsir etdiyini izləmək mümkündür. Beləliklə, brendlər brend tanıtımı və satış yönümlü məqsədləri vahid platformada harmonik şəkildə birləşdirə bilir və reklam investisiyalarının effektivliyini əhəmiyyətli dərəcədə artırırlar.
Google Sİ ilə Gücləndirilmiş Kampaniyalar: Nəticəyə Fokuslanan Avtomatlaşdırma
Display & Video 360 platformasındakı ən inqilabi yeniliklərdən biri — Google-un süni intellektinin kampaniyaların planlanması, işə salınması və optimallaşdırılması mərhələlərinə tam inteqrasiya olunmasıdır. Artıq süni intellekt sadəcə yardımçı bir funksiya deyil — DV360 ekosisteminin əsasına çevrilir və idarəetmənin bütün səviyyələrində çeviklik və effektivlliyi təmin edir. Google Sİ reklamverənlərə öz biznes məqsədlərinə uyğun inventarı daha tez və dəqiq şəkildə seçmək imkanı yaradır. Məsələn, sadəcə belə bir sorğu yazmaq kifayətdir: “Primetime zamanı idmansevərlər üçün premium CTV təkliflərini göstər.”
DV360 bu sorğuya əsasən həm mövcud auksion imkanlarını, həm də əvvəlcədən razılaşdırılmış agentlik razılaşmalarını nəzərə alaraq fərdiləşdirilmiş təkliflər yaradır. Bu yanaşma, avtomatlaşdırmanın rahatlığını fərdi yanaşmanın dəqiqliyi ilə birləşdirir.
Yeni süni intellekt alətləri DV360-u necə dəyişir
Süni intellekt kampaniyanın qurulma mərhələsini də xeyli sadələşdirir. Əvvəllər onlarla parametr seçmək və əl ilə tənzimləmək lazım gəlirdisə, indi reklamverənlər yalnız əsas məqsədləri göstərməklə kifayətlənə bilərlər.
Platforma isə bu məqsədlərə uyğun olaraq hazır ayarları təklif edir:
- uyğun auditoriyalar,
- formatlar,
- brend təhlükəsizliyi məhdudiyyətləri və s.
Eyni zamanda, istifadəçilər tam nəzarəti öz əllərində saxlayırlar — sistemin təqdim etdiyi istənilən parametri öz təcrübələrinə əsasən dəyişmək mümkündür.
Sİ əsaslı köməkçi DV360-da istənilən bölmədə lazım olan məlumatı tapmağı asanlaşdırır — harada olmağınızdan asılı olmayaraq. İstifadəçilər artıq platformaya birbaşa suallar verə bilirlər, məsələn: “Ən az konversiya gətirən kampaniyaları göstər.”
Sistem isə ani cavablarla yanaşı konkret təkliflər də verir. Bu yanaşma analiz vaxtını əhəmiyyətli dərəcədə azaldır, qərarvermə prosesini sürətləndirir və effektivliyi artırır.
Google-un süni intellekti analitika sahəsində də xüsusi dəyər yaradır. Sistem istəyə uyğun olaraq real vaxtda hesabatlar yaradır. Məsələn: müəyyən bir seqmentdə kampaniyanın satışa təsiri, və ya konkret bir regionda video formatların effektivliyi ilə bağlı analitik nəticələr. Bu yanaşma komandaya analitiklərə müraciət etmədən və ya dashboard-ları əl ilə qurmağa vaxt itirmədən, dərin təhlil alətlərinə dərhal çıxış imkanı verir.
Google NewFront 2025 tədbirində təqdim olunan yeniliklər CTV sahəsində köklü transformasiyanın başladığını göstərir.
Display & Video 360 artıq sadəcə bir DSP deyil — bu,maraqdan alışa qədər istifadəçi yolunun bütün mərhələlərini əhatə edən çox funksiyalı platformaya çevrilib.
Google Sİ-nin tətbiqi, inventarın genişləndirilməsi və ticarət məlumatlarının inteqrasiyası — bunların hər biri reklamverənlər üçün tamamilə yeni və misli görünməmiş imkanlar yaradır.
Display & Video 360-un canlı inventarı ilə işləməkdən tutmuş süni intellekt alətlərindən maksimum faydalanmağa qədər bütün yeni funksiyalarından effektiv istifadə etmək üçün, sizə peşəkar dəstək təklif edirik. Admixer Advertising olaraq, biz 2016-cı ildən bəri EMEA regionunda Google Marketing Platform-un rəsmi satış tərəfdaşıyıq və Google-un sertifikatlaşdırılmış partnyoru kimi sizə ideyalarınızı həyata keçirmək; rəqəmsal kampaniyalar qurmaq; və stabil biznes artımı əldə etməkdə kömək etməyə hazırıq.
Bizə yazın: hello-gmp@admixeradvertising.com
Gəlin birlikdə bazar tələblərinə cavab verən kampaniyalar quraq!

