Məxfilik ölçməsini güclü etiketləmə infrastrukturu ilə təmin edin
Sayt üzrə güclü etiketləmə infrastrukturu məxfilik və təhlükəsizlik strategiyasının əsas elementidir. Etiketlər (tags) vebsaytınıza yerləşdirilən kod parçalarıdır. Onlar ziyarətçilərin vebsaytınızla və reklamlarınızla necə əlaqədə olduğunu ölçür. Xüsusilə, onlar birinci tərəf kukilərini qurmağa və konversiyaları dəqiq ölçməyə imkan yaradır. Bu, yaxın zamanda üçüncü tərəf kukiləri və digər identifikatorlar tədricən aradan qaldırıldıqda daha da vacib olacaq.
Aşağıda Google-un etiketləmə yanaşmasının üç əsas komponenti verilmişdir:
Google tag — ölçməni təmin edən və digər məxfilik təhlükəsiz həlləri dəstəkləyən tək, təkrar istifadə oluna bilən etiket
Google Tag Manager — etiket idarəetmə sistemi
Google Tag Manager 360 — müəssisələr üçün etiket idarəetmə sistemi
Yanaşma
Square, biznesləri və fərdləri öz iqtisadi potensiallarını artırmağa kömək edən alətlər yaradır. Son tənzimləyici dəyişikliklər şirkətin məlumat keyfiyyətinə təsir göstərdi və bu, yeni bizneslərin əldə olunmasına və kampaniyaların optimallaşdırılmasına mane oldu. Google Tag Manager 360-ın bir funksiyası olan server tərəfli etiketləmədən istifadə edərək, Square müştəri məlumatlarının təhlükəsizliyini təmin etdi, dönüşümlərin ölçülməsini təkmilləşdirdi və məlumatları üzərində daha çox nəzarət qazandı.
Nəticə
Bu təşəbbüs Square-in dönüşümləri ölçmə qabiliyyətini 46% yaxşılaşdırdı.
Birinci tərəf məlumatları ilə daha dəqiq dönüşüm ölçməsini əldə edin
Sayt üzrə etiketləmədən istifadə edib birinci tərəf məlumatlarının əsasını qurduqdan sonra, digər məxfi və təhlükəsiz həllərlə daha əhatəli hesabat əldə edə bilərsiniz.
Məsələn, marketoloqlar veb üçün təkmilləşdirilmiş dönüşümlər funksiyasından istifadə edərək, sayt etiketləri və istifadəçi məlumatları vasitəsilə ölçmələrini təkmilləşdirə bilərlər. Bu funksiya, yalnız sayt etiketləməsi ilə müqayisədə, insanların reklamlarla necə dönüşüm etdiklərini daha dəqiq göstərir. Bu funksiyanı tətbiq edən şirkətlər YouTube for Action üçün orta hesabla 17% dönüşümdə artımı əldə etdilər.
Təkmilləşdirilmiş dönüşümlər ilə hədəf CPA istifadə edən reklamçılar dönüşümlərdə 3,5% artım müşahidə edir.
Bu necə işləyir
Vebsaytınızdan Google-a şifrələnmiş, istifadəçi tərəfindən təqdim edilmiş məlumatlar göndərərirsiniz və bu məlumatlar Google hesablarına daxil olmuş istifadəçilərlə uyğunlaşdırılır. Bunun nəticəsində, Google Axtarış və YouTube-dan məxfilik qorunaraq təkmilləşdirilmiş dönüşümlər əldə edirsiniz.
Bu dönüşüm modelləşdirməsini gücləndirmək üçün daha çox müşahidə edilə bilən məlumatlar təmin edir. Həmçinin, dönüşümlərin artımını ölçmək, reklamlarınızın əlavə təsirini anlamaq və Smart Bidding ilə kampaniyalarınızı daha yaxşı optimallaşdırmağa kömək edəcək əhatəli məlumatlar təqdim edir.
Yanaşma
Digital marketinq agentliyi Maison MRKT artıq bir çox müştəri üçün Google etiketlərini tətbiq etmişdi və veb üçün təkmilləşdirilmiş dönüşümləri sınaqdan keçirmək istəyirdi.
Brend Google ilə əməkdaşlıq edərək Shopify platformasında təkmilləşdirilmiş dönüşümlər üçün addım-addım təlimat hazırladı. 2022-ci ilin ikinci rübünün sonunda Maison MRKT bütün aktiv müştərilərinin təxminən 60%-i üçün ölçmə sistemini yenilədi.
Nəticə
Maison MRKT 2022-ci ilin birinci və ikinci rübləri üçün əsas KPI-ları təhlil edərək təkmilləşdirilmiş dönüşümləri istifadə edən müştəriləri və istifadə etməyən müştəriləri müqayisə etdi.
Təkmilləşdirilmiş dönüşümləri aktivləşdirən müştərilərdə Maison MRKT reklam xərclərinin gəlirində (ROAS) 91% artım, hər dönüşüm üzrə xərclərdə 70% azalma və ümumi dönüşüm nisbətində 16% artım müşahidə etdi.
Dönüşümlərdəki boşluqları Consent Mode ilə doldurun
Dönüşüm ölçməsinin dəqiqliyini artırmaq üçün Consent Mode-dan (Razılıq Rejimi) istifadə edə bilərsiniz. Bu funksiya, istifadəçinin razılığına əsasən etiket davranışını fərdiləşdirməyə imkan verir. Consent Mode Avropa İqtisadi Bölgəsi və Böyük Britaniyada fəaliyyət göstərən reklam verənlər üçün aktivdir.
İşləmə mexanizmi
Razılıq bannerlərindən istifadə edən vebsaytlarda istifadəçilər kuki istifadəsinə razılıq verməyə bilərlər.
Bu isə Google Ads hesabınızda ölçülə bilən məlumatlara təsir edə bilər. Beləliklə, kampaniyanın effektivliyini başa düşmək və büdcələri düzgün təyin etmək çətinləşir. Consent Mode bu çətinlikləri aradan qaldırır, istifadəçi seçimlərinə hörmət edir və müvafiq etiketləri tənzimləyir. Bundan əlavə, dönüşümlər reklam ilə birbaşa əlaqələndirilə bilmədikdə, daha dəqiq hesabatlar və optimallaşdırma üçün dönüşüm modelləşdirməsindən istifadə olunur.
Yanaşma
Air France istifadəçilərin məxfilik seçimlərinə hörmət edərəlk, media gəlirliliyini qorumaq üçün bir yol axtarırdı.
Google hesab komandası və media agentliyi Performics ilə əməkdaşlıq edərək, aviaşirkət Consent Mode-u tətbiq etdi. Bu, Google etiketlərinin istifadəçilərin razılıq statusuna əsasən davranışını tənzimləməyə imkan verdi. Həmçinin, istifadəçilər kukilərə razılıq vermədikdə, dönüşümlərdəki boşluqları modelləşdirməklə ölçmə prosesini davam etdirməyə şərait yaratdı.
Nəticə
Consent Mode aktiv olduqdan sonra, Air France Avropa bazarlarında orta hesabla 9% dönüşüm artımı müşahidə etdi.
Bu modelləşdirilmiş dönüşümlər həmçinin Air France-ın Google Ads kampaniyalarının optimallaşdırılması, hesabatların təkmilləşdirilməsi və təklif vermə imkanlarının artırılması üçün vacibdir.
Mövcud siqnalları başa düşmək üçün Machine Learning-dən istifadə edin
Bir neçə məhsul üzrə birinci tərəf məlumatları bazası qurarkən, mövcud siqnallarınızı avtomatik olaraq təhlil edən və sizə ən yaxşı hesabatları təqdim edən bir alətə ehtiyacınız olacaq.
Uzun müddətdir ki, Google-un ölçmə həllərində əsas xüsusiyyət olan dönüşüm modelləşdirilməsinə nəzər salaq. Modelləşdirmə, birinci tərəf məlumatlarına və digər siqnallara əsaslanan Machine Learning-dən (maşın öyrənməsi) istifadə edir və bu, məxfiliyi qoruyaraq reklam verənlərə ən dəqiq ölçməni təmin edir. Bu, istehlakçı ehtiyaclarının və üstünlüklərinin, eləcə də dünyadakı dəyişikliklərin daim dəyişdiyi bir mühitdə getdikcə daha da vacib olur.
Məlumatlara əsaslanan dönüşüm modelinə keçən reklamçılar üçün dönüşümlərdə orta hesabla 6% artım müşahidə olunur.
Mümkün olduğu yerlərdə, dönüşüm modelləşdirilməsini birbaşa Google-un reklam məhsullarına inteqrasiya edirik. Bu modelləşdirilmiş məlumatları dönüşüm hesabat sütununda tapa bilərsiniz. Üçüncü tərəf kukilərindən və ya digər identifikatorlardan istifadənin məhdudlaşdırıldığında itirə biləcəyiniz satışlar haqqında süni intellekt dəstəkli insaytlar əldə edəcəksiniz.
Bu inteqrasiyalar getdikcə reklamçılara daha çox fayda verir. Məlumatlara əsaslanmayan modeldən məlumatlara əsaslanan modelə keçən reklamçılar adətən dönüşümlərdə orta hesabla 6% artım müşahidə edirlər.
Məxfilik yönümlü ölçmə ilə veb və tətbiq performansını optimallaşdırın Google Analytics 4
Məxfilik və texnologiyanın daim dəyişən mühitində, marketoloqlar ölçmə yanaşmalarını yenidən nəzərdən keçirməli və ya etibar etdikləri insaytları itirmə riski ilə üzləşməli olacaqlar. Google Analytics 4 məxfilik prinsipləri əsasında hazırlanıb və marketoloqlara daha yaxşı təcrübə təmin edərkən istifadəçilərin də məxfiliyini qorumağa yönəlib. Bu platforma, bizneslərə daha əhatəli və dəqiq nəzarət imkanları təqdim edir və məlumatlarınızdakı boşluqları aradan qaldırmağa kömək etmək üçün qabaqcıl Mashine Learning-dən istifadə edir.
Google Analytics 4-ə keçid planlaşdırma tələb edir, buna görə də bu işi həyata keçirərkən nəzərə almanızı tövsiyə etdiyimiz təlimat və Quraşdırma Köməkçisi hazırlamışıq.
Yanaşma
McDonald’s Hong Kong dəyərli müştəriləri haqqında daha çox məlumat əldə etmək və investisiya gəlirini (ROI) maksimuma çatdırmaq istədikdə, onlayn alışları ölçmək və təhlil etmək üçün Google Analytics 4-dən istifadə etdi. Daha sonra bu məlumatları Google Ads App kampaniyasında tətbiq etdi. Hədəf ROAS təklif strategiyası ilə nişanlanmanı artırmaq idi.
Nəticə
McDonald’s Hong Kong dönüşüm dəyərini 668% artırdı və hədəf CPA ilə müqayisədə hər bir alış üzrə xərcləri (CPA) 53% azaltdı.
İstifadəçilərin məxfilik gözləntiləri artmağa davam edir. Keçən il Apple-ın iOS-da tətbiq etdiyi ATT kimi yeniliklər tətbiq ölçməsini daha da çətinləşdirir. Uzunmüddətli uğur üçün marketoloqlar, Firebase SDK üçün Google Analytics-də olan cihazda dönüşüm ölçmə kimi məxfilik yönümlü ölçmə həllərinə üstünlük verməlidirlər.
Cihazda dönüşüm ölçməsi
Cihazda dönüşüm ölçməsi, məxfiliyi qoruyan yeni bir ölçmə həllidir. Bu müşahidə edilə bilən məlumatları saxlayır, dönüşüm modelləşdirməsini və hesabatların dəqiqliyini artırır. İstifadəçi məlumatlarının cihazdan çıxmasına imkan vermədən, istifadəçilərin tətbiq reklamları ilə əlaqələrini tətbiq dönüşümləri ilə uyğunlaşdırır. Tətbiqinizdən olan hər hansı istifadəçi və ya cihaz məlumatı yalnız istifadəçinin cihazında olan üçüncü tərəf məlumatları ilə əlaqələndirilir.
Firebase SDK üçün Google Analytics
Firebase SDK üçün Google Analytics-in proqram inkişaf dəstini (SDK) Android və ya iOS tətbiqinizə əlavə edin. Bu, sizə istifadəçilərinizin tətbiqinizlə necə əlaqədə olduğu haqqında məlumat verir. Tətbiq kampaniyanızın əhatə dairəsisi və performansını optimallaşdırmaqda kömək edəcək güclü platformalararası ölçmə imkanları təqdim edir.
Firebase SDK üçün Google Analytics tətbiq etdiyiniz zaman, tətbiq kampaniyaları üçün cihazda dönüşüm ölçməsi, auditoriya idarəetməsi və hədəf ROAS təklif strategiyası kimi üstünlüklər əldə edirsiniz.
Bundan əlavə, SDK-nı əlavə etmək tətbiqinizi avtomatik olaraq Apple-ın SKAdNetwork aidiyyət sistemində qeydiyyatdan keçirir ki, ilk açılış dönüşümlərini ölçə biləsiniz.
Yanaşma
Avropanın ikinci əl geyimlər bazarı olan Vinted, tətbiq daxilində daha çox hərəkət əldə etmək və xüsusilə iOS üzərində tətbiq daxilində hərəkət başına xərcləri optimallaşdırmaq istəyirdi. Bu hədəfə çatmaq üçün brend Firebase SDK üçün Google Analytics-dən alınan dönüşümlər üzərindən təklif verməyə başladı.
Nəticə
Vinted, mövcud ölçmə həlli ilə müqayisədə iOS üzərində tətbiq daxilində hərəkətlərdə 128% artım, endirimlərdə 92% artım və nişanlanma başına xərclərdə 22% azalma əldə etdi.
Bundan əlavə, Firebase SDK üçün Google Analytics miqyası artırmağa kömək etdi.